AZ

ATU-nun kafedra müdirinin oğlu qalmaqallı siyahıda - Onkoloq, yoxsa estetik cərrah?

Azərbaycanda estetik cərrah "qurbanlarının" sayı artdıqca onlara qarşı ictimai qınaq da güclənir.

Bakupost.az xəbər verir ki, ötən gün saxta sənədlərlə qanunsuz fəaliyyət göstərən məşhur plastik cərrahların siyahısı yayılıb.
Siyahıda adı "Magamed Poluxov" kimi qeyd edilən estetik cərrah Məhəmməd Poluxov da var.

Hazırda "Funda" Hospitalda çalışan Məhəmməd Poluxov (AH N037747) tanınmış uşaq cərrahı, Azərbaycan Tibb Universiteti Uşaq cərrahiyyəsi kafedrasının müdiri Ramiz Poluxovun oğludur.
O, ATU-nu onkoloq kimi bitirib. Lakin sonradan plastik cərrahiyyəni seçib.

Bir çox klinikalarda çalışıb, sosial şəbəkələrdə aktivdir, estetik cərrahiyyə ilə bağlı öz saytı var.

O, Həkimləri Təkmilləşdirmə institutunda plastik cərrahiyyənin əsasları üzrə təkmilləşmə kursu keçib.

Məsələ ilə bağlı həkimə zəng etsək də, köməkçisi cavab verdi və həkim əməliyyatda olduğu üçün danışmaq imkanının olmadığını bildirdi.

Mövzunu diqqətdə saxlayırıq.

Aygün Musayeva,
BakuPost
Seçilən
31
bakupost.az

1Mənbələr