AZ

DİQQƏT: Bu həkimlər cinayət məsuliyyətinə cəlb edilə bilər - AYDINLIQ GƏTİRİLDİ

“Plastik, rekonstruktiv və estetik əməliyyatları düzgün aparmamış cərrah həmçinin hüquqpozmalara yol verən şəxslər həm mülkü, həm inzibatı, həm də ki, cinayət məsuliyyətinə cəlb edilə bilər. Cərrahın mülki məsuliyyətə cəlb edilməsi nəticəsində pasientə kompensasiya ödənilir. Klinika və kosmetoloji mərkəz sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulmasına görə mülkü məsuliyyətə cəlb edilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.

Onun sözlərinə görə, plastik, rekonstruktiv və estetik əməliyyatlar ixtisaslaşmış həkim personalı tərəfindən həyata keçirilməli, həmin əməliyyatlar plastik və rekonstruktiv cərrah ixtisasına malik olan həkim və tibb personalı tərəfindən aparılmalıdır: “İddiaçının tələbi ilə məhkəmə cərrah və ya klinikanın işində buraxdığı nöqasana görə xəstəyə və ya onun ailə üzvlərinə maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi barədə qərar qəbul edə bilər.

Əgər xəstə əməliyyat zamanı vəfat etdikdə və ya onun sağlamlığına ağır zərar dəydikdə isə əməliyyətı həyatə keçirmiş həkim cinayyət məsuliyyətinə də cəlb oluna bilər. Cinayət Məcəlləsinin 314-cü maddəsində deyilir ki,

- Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsifiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda—

- 1500 manatdan 3000 min manatadək miqdarda cərimə və ya iki 240 saatdan 460 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

- Məhkəmə kompensasiyanın ödənilməsi barədə qərar qəbul etdikdən sonra onu icra olunamsı üçün müvafiq icra şöbəsinə göndərir və həmin qurum tərəfidən kompensasiyanın ödənilməsi təmin edilir.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210-cu və 215-ci maddələrində deyilir ki,

- 210-cu maddə Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma.

- Qanunvericiliklə müəyyən edilmiş qaydada verilən müvafiq diplom və ya xüsusi icazə olmadan xalq təbabəti ilə məşğul olmağa görə dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.

- 215-ci maddə Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması

- Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Ayşən Vəli

Seçilən
24
sia.az

1Mənbələr