AZ

İsrafil Məmmədov Beynəlxalq Suveren Fondlar Forumunun sədr müavini seçilib

Beynəlxalq Suveren Fondlar Forumunun (SFBF) Oman Sultanlığının paytaxtı Maskat şəhərində 16-cı illik iclası keçirilib.

APA-Economics” xəbər verir ki, yığıncaq çərçivəsində SFBF-nin İdarə Heyətinin yeni tərkibi müəyyən olunub. SFBF-nin Sədr müavini vəzifəsinə keçirilən seçkilərdə ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov səs çoxluğu ilə seçilib.

Qeyd edək ki, İdarə Heyətinin sədr müavini vəzifəsi üç ili əhatə edir və sözügedən müddət bitdikdən sonra birbaşa əsaslarla növbəti üç il ərzində İdarə Heyətinin Sədri vəzifəsinin icrası başlayır. İsrafil Məmmədovun bu vəzifəyə seçilməsi ARDNF-nin suveren fondların idarə edilməsində dayanıqlı və davamlı yanaşmalara sadiqliyini bir daha nümayiş etdirməklə yanaşı, həm də Azərbaycanın dayanıqlı investisiyanın təşviqinə və suveren fondların idarə edilməsində qlobal ən yaxşı təcrübə standartlarının inkişafına sadiqliyinin əhəmiyyətli bir göstəricisidir.

Qeyd edək ki, SFBF məcmu vəsaitlərinin həcmi 8 trilyon ABŞ dollarından çox olan və dünyanın suveren institutlarını bir araya toplayan ilk və yeganə təşkilatdır.

İsrafil
Seçilən
25
12
apa.az

10Mənbələr