AZ

53 işçinin öldüyü Təbəs mədəninin 700 işçisi istefa verib

21 sentyabrda partlayış nəticəsində 53 işçinin öldüyü Təbəs mədəninin 700 işçisi istefa verib.

Bu barədə İranın "Həm mihən" qəzeti məlumat yayıb.

Bildirilib ki, işçilər mədəndə işləyənlərin həyatlarına dəyər verilmədiyini və hüquqlarının pozulmasına etitaz olaraq istefa veriblər.

Qeyd edək ki, 21 sentyabrda Cənubi Xorasan əyalətinin Təbəs bölgəsinin daş-zoğal mədəndə baş verən partlayışda 53 nəfər həlak olub.

İşçi hərəkatı fəallarının bildirdiyinə görə, mədəndə təhlükəsizlik qaydalarının qorunmaması və işçilərin uyğun geyim və təhlükəsizlik təchizatları ilə təmin olunmaması onların həlak olmasına səbəb olub.

visiontv.az



Seçilən
8
visiontv.az

1Mənbələr