AZ

General Kirillov: "20 min hərbçi Kursk AES-i tutmalı idi"

Kursk Atom Elektrik Stansiyasının (AES) ələ keçirilməsində Ukrayna Silahlı Qüvvələrinin  20 min hərbçisi və 27 tankı iştirak etməli imiş. Bu barədə Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi, general-leytenant İqor Kirillov məlumat yayıb.

Generalın sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinə hücumunun əsas məqsədlərindən biri yerli AES-i zəbt etmək olub.

Kirillov əlavə edib ki, Ukrayna ordusu stansiyanı ələ keçirərkən həmçinin 50 ədəd zirehli texnika, 30 ədəd top artilleriyası və 5 reaktiv yaylım atəşi sistemlərindən istifadə etməyi planlaşdırıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
72
15
news365.az

10Mənbələr