AZ

Xankəndində əhalinin ürəyi müayinə edildi


Səhiyyə Nazirliyi Xankəndidə əhali üçün kardioloji müayinələr və Qarabağ Universitetində maarifləndirmə aksiya təşkil edib.
"Medicina" xəbər verir ki, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) tibb heyəti tərəfindən Xankəndi sakinləri üçün kardioloji müayinələr təşkil edilib.

Tədbirin əsas məqsədi vətəndaşlar arasında ürək-damar sistemi xəstəliklərinin qarşısının alınması, miokard infarktı riskinin erkən aşkarlanması və müalicələrin təyin edilməsidir.

ETKİ-nin kardioloq, nevropatoloq, endokrinoloq, tibb bacısı və laboratoriya üzrə mütəxəssislərindən ibarət briqadası tərəfindən əhaliyə tibbi baxış aparılıb, ExoKQ, EKQ müayinələri keçirilib. Eyni zamanda, qanda şəkər, ekspres üsul ilə xolesterinin səviyyəsi təyin olunub.

Aksiya zamanı 150-dən artıq vətəndaş müayinələrdən keçirilib.

MEDİCİNA.AZ


Seçilən
33
medicina.az

1Mənbələr