AZ

İranda nüvə alimini öldürən 3 nəfərə ölüm cəzası verildi

İranda 2020-ci ildə fizik və nüvə alimi Möhsün Fəxrizadəni öldürən 3 nəfərə ölüm cəzası verilib. Sui-qəsdi təşkil edən 3 nəfərə isə 4 il həbs cəzası verilib.

News24.az xəbər verir ki, “Tesnim” agentliyinin məlumatına görə, Məhkəmə Hakimiyyətinin sözçüsü Əsgər Cihangir mətbuat konfransında məsələ ilə bağlı açıqlama verib.

Cihangir açıqlamasında bildirib ki, Qərbi Azərbaycan əyalətində tutulan 3 israilli casusun spirtli içki qaçaqmalçılığı adı altında Fəxrizadənin qətlində istifadə olunacaq ləvazimatları daşıdığı aşkarlanıb. O həmin şəxslərin edam cəzasına məhkum edildiyini açıqlayıb.

İran rəsmisi bildirib ki, hadisə ilə bağlı daha 5 nəfərin məhkəməsi davam edir.

Möhsün Fəxrizadə 27 noyabr 2020-ci ildə Tehranın Abserd rayonunda sui-qəsd nəticəsində öldürülüb.

Sui-qəsddən sonra açıqlama verən o vaxtkı xarici işlər naziri Məhəmməd Cavad Zərif sui-qəsdin İsrail tərəfindən təşkil edildiyini göstərən “mühüm dəlillərin” olduğunu bildirib.

Mossad-ın keçmiş rəhbərlərindən Yossi Koen də 2021-ci ilin iyununda Fəhrizadənin Mossad-ın “nəzarəti altında” olduğunu bildirib.

Aynurə



Seçilən
29
news24.az

1Mənbələr