AZ

İcraçı direktor: Geosiyasi dinamika investisiya mühitini yenidən formalaşdırır

"Güclənən proteksionizm və dəyişən geosiyasi dinamika investisiya mühitini yenidən formalaşdırır".

"APA-Economics" xəbər verir ki, bunu Beynəlxalq Suveren Fondlar Forumunun (SFBF) Oman Sultanlığının paytaxtı Maskat şəhərində keçirilən illik 16-cı iclasında çıxışı zamanı Santiaqo Prinsiplərinin əhəmiyyətini vurğulayarkən Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədov deyib.

“Suveren fondlar olaraq biz yalnız gəlir əldə etmək üçün deyil, həm də davamlılıq, dayanıqlılıq və çevikliyin təmin olunması üçün çalışmalıyıq” – İsrafil Məmmədov əlavə edib.

Qeyd edək ki, SFBF məcmu vəsaitlərinin həcmi 8 trilyon ABŞ dollarından çox olan və dünyanın suveren institutlarını bir araya toplayan ilk və yeganə təşkilatdır.

Seçilən
19
1
apa.az

2Mənbələr