AZ

ABŞ-ın şərq sahillərində seçki məntəqələri açıldı

ABŞ-ın şərq sahillərində yerləşən 7 federal ştatda prezident seçkiləri çərçivəsində ilk seçki məntəqələri açılıb.

Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Yerli vaxtla saat 6:00-dan (Bakı vaxtı ilə 15:00) başlayaraq Konnektikut, İndiana, Kentukki, Men, Nyu-Cersi, Nyu-York və Virciniya ştatlarında seçki məntəqələri seçicilərin istifadəsinə verilib.

Qeyd olunur ki, əhalinin az məskunlaşdığı bələdiyyələrdə bəzi məntəqələr yalnız yerli vaxtla saat 10:00-dan etibarən açılacaq.

Qeyd edək ki, bundan əvvəl məlum olmuşdu ki, ABŞ-da ənənəvi olaraq ən erkən və ən sürətli səsvermənin keçirildiyi Nyu-Hempşir ştatının kiçik Amerika şəhəri Diksvill Notçda prezident seçkilərinin nəticələrinə yekun vurulub. Hər iki namizəd Respublikaçı Donald Tramp və Demokrat Kamala Harris üç səs toplayıb.

Seçilən
24
33
publika.az

10Mənbələr