AZ

“Bodo Qlimt” – “Qarabağ”: Favorit kimdir?

Avropa Liqasının Liqa mərhələsinin IV turunun “Bodo Qlimt” – “Qarabağ” oyununun favoriti bəlli olub.

İdman.biz xəbər verir ki, UEFA-nın rəsmi saytında davam edən səsvermədə futbolsevərlərin hansı komandaya inandığı müəyyənləşib.

Sorğuya qatılanların 65 faizi “Qarabağ”ın qələbə qazanacağını gözləyir. “Bodo Qlimt”ə inananlar isə 30 faiz təşkil edir. Bu matçda heç-heçə ehtimal edənlər cəmi 5 faizdir.

Qeyd edək ki, Norveçdə keçiriləcək “Bodo Qlimt” – “Qarabağ” matçı noyabrın 7-də baş tutacaq və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

İdman.biz

Seçilən
15
idman.biz

1Mənbələr