AZ

Rusiya ilə KXDR arasında strateji tərəfdaşlıq sazişi nələri nəzərdə tutur?- XİN AÇIQLADI

KXDR və Rusiya arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş hərbi ittifaqı nəzərdə tutmur və digər ölkələr üçün təhlükə yaratmır.

Azpost.info xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

Onun sözlərinə görə, Moskva bu barədə Şimali Koreyanın bütün qonşularına açıq şəkildə danışır.

“Onlar son vaxtlar müəyyən narahatlıqlarını bildirirlər. Qərbin analoji razılaşmalarından fərqli olaraq, saziş hərbi ittifaqın yaradılmasını nəzərdə tutmur və üçüncü ölkələr üçün təhlükə yaratmır”, – nazir müavini deyib.

Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi Rusiya prezidenti Vladimir Putinin 18-19 iyun tarixlərində Şimali Koreyaya səfəri zamanı imzalanıb. Müqavilə hərbi-texniki əməkdaşlığın və iqtisadi əlaqələrin inkişaf etdirilməsini, həmçinin ölkələrdən birinə hücum zamanı hərbi yardımın göstərilməsini nəzərdə tutur.

Azpost.info

 

Seçilən
23
azpost.info

1Mənbələr