AZ

ABŞ-da seçkidən sonra xaos xəbərdarlığı- varlılar kütləvi şəkildə ölkəni tərk etməyə başladı...

Image

ABŞ zənginləri seçkidən sonra ölkəni tərk edəcək


ABŞ-da seçkidən sonra zorakılığın artacağı gözlənilir. Yüksək gəlirli amerikalılar hökumətin artan borcuna görə maliyyə risqlərinin yaranacağını düşünürlər. Seçkilərdən sonra zəngin amerikalıların ölkəni tərk edəcəyi proqnozlaşdırılır.

Ölkədə bir çox zəngin insan qarşıdan gələn seçkilərdən sonra ölkəni tərk etməyi düşünür. İmmiqrasiya üzrə ekspertlərin fikrincə, sosial və siyasi gərginliyin artmasından narahat olan varlı amerikalılar ikinci pasport və ya uzunmüddətli yaşayış icazəsi almaq üçün xaricə getməyi planlaşdırmağa başlayıblar.

Mövzu ilə bağlı açıqlama verən "Henley & Partners" məsləhət firmasının özəl müştəri meneceri Dominik Volek, daha əvvəl bu qədər tələb görmədiklərini deyib. ABŞ-dan gələn müraciətlər şirkətin ümumi müştəri bazasının 20 faizini təşkil edir. Volekin sözlərinə görə, xaricə köçməyi planlaşdıran amerikalıların sayı keçən illə müqayisədə ən azı 30 faiz artıb.

Başqa bir immiqrasiya məsləhətçisi Devid Lesperance, amerikalı müştərilərin sayında üç dəfə artım olduğunu bildirib. O, deyib ki, əvvəllər əksəriyyət vergilərə görə xaricə getmək istəyirdi, indi isə siyasi səbəblər və zorakılıq qorxusu ön plana çıxırlar. Bəzi müştərilər Donald Trampın seçkidə məğlub olacağı təqdirdə mümkün zorakılıqdan narahatdır.

ABŞ-da seçki sonrası zorakılıq, kütləvi məktəb hücumları, antisemitizm və islamofobiya kimi sosial məsələlər də bu qərarlarda təsirli rol oynayır. Digər tərəfdən yüksək gəlirli amerikalılar artan dövlət borcuna görə maliyyə risqləri görürlər. Bir çox varlı amerikalılar investisiyalarını diversifikasiya etdikləri kimi pasport portfellərini də diversifikasiya etməyə çalışırlar. Bu yolla risqləri azaltmağı hədəfləyirlər.

ABŞ-dan kənara çıxmağı planlaşdıran amerikalıların əsas hədəfi isə Avropa ölkələridir. Ən çox üstünlük verilən ölkələr arasında Portuqaliya, Malta, Yunanıstan və İspaniya kimi ölkələrdir. Portuqaliyanın qızıl viza proqramı xüsusilə məşhurdur. Lakin bu ölkələrdə bəzi dəyişikliklər mühacirlərin işini çətinləşdirə bilər. Məsələn, Portuqaliya qızıl viza proqramında minimum investisiya tələblərini artırsa da, sahilyanı ərazilərdə mənzil alışını da məhdudlaşdırıb. İtaliya isə əcnəbilərin xaricdəki gəlirlərinə tətbiq edilən sabit vergini 200 min avroya yüksəldib.

Malta varlı amerikalıların ikinci pasport üçün ən çox müraciət etdiyi ölkədir. Təxminən 1 milyon dollar investisiya haqqı ilə Malta vətəndaşlığına girişi təmin edən bu proqram, Avropa Birliyi daxilində sərbəst hərəkət və yaşamaq hüququ verir. Karib hövzəsi də ikinci pasport almaq istəyən amerikalılar arasında populyarlaşır. Xüsusilə Antigua və Barbuda təxminən 300 min dollarlıq daşınmaz əmlak investisiyası ilə vətəndaşlıq almaq mümkündür.

Miqrasiya üzrə ekspertlər seçkilərin nəticələrindən sonra müraciətlərin sayının daha da artacağını gözləyirlər. Bir çox amerikalılar ölkədə siyasi dəyişikliklər və mümkün zorakılıq ehtimalından özlərini sığortalamaq istəyir. Lakin müraciətlərin çoxluğu səbəbindən prosesin başa çatdırılması aylar, hətta bir il çəkə bilər. 






Seçilən
27
baki-xeber.com

1Mənbələr