Bakı Şəhər Mənzil Kommunal-Təsərrüfatı Departamentindən verilən məlumata görə kommunal xidmətlərin əməkdaşlarının əməyinin yüngülləşdirilməsi, küçə və prospektlərin, parkların təmizlənməsi işlərinin mexanikləşdirilməsi və təkmilləşdirilməsi məqsədi ilə bir qədər əvvəl Bakı Şəhər MKTD-nin sifarişinə əsasən yeni tozsoran texnika alınaraq Bakıya gətirilib.
Bu barədə Modern.az-a Bakı Şəhər Mənzil Kommunal-Təsərrüfatı Departamentindən məlumat verilib.
Bu yeni texnikalar payız aylarında yerə tökülən yarpaqların və digər tullantıların yığışdırılmasında istifadə ediləcək.
Ilkin mərhələdə 10 ədəd belə texnika alınaraq Səbail və Nəsimi rayonlarının kommunal xidmətlərinin istifadəsinə verilib. Yaxın zamanlarda əlavə texnikaların gətirilməsi nəzərdə tutulub.
Bakıda küçələrin təmizliyində istifadə məqsədilə yeni texnikalar gətirilib.
Modern.az xəbər verir ki, görüntülər sosial şəbəkədə paylaşılıb.
Yeni texnikalar şəhərin Azadlıq prospekti, 160 nömrəli Klassik Gimnaziyanın qarşısında görülüb.
Texnikalardan istifadə görüntüsünü təqdim edirik: