AZ

MİDA mənzilləri satışa çıxarıldı - Kimlər ala biləcək? - AÇIQLAMA

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Sumqayıt şəhəri, Bulvar küçəsi, 197 ünvanında yerləşən Sumqayıt Yaşayış Kompleksi üzrə 392 mənzili və Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında yerləşən Lənkəran Yaşayış Kompleksi üzrə 152 mənzili, ümumilikdə 544 mənzili satışa çıxarır.

Bəs kimlər güzəştli şərtlərlə mənzil ala bilərlər? 

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Redaktor.az-a açıqlamasında bildirdi ki, güzəştli mənzil almaq istəyən şəxslərin kateqoriyası ilə bağlı Mənzil İnşaatı Dövlət Agentliyinin saytında ətraflı məlumat verilib:

"Bu kateqoriyaya şəhid ailəsinin üzvləri, hərbi qulluqçular, dövlət qulluqçuları, 15 il iş stajına malik olan müəllimlər, idman sahəsində xüsusi nailiyyətləri olan, elm sahəsində xüsusi elmi titulları olan və s. şəxslər daxildir. Bu da təbii ki, müvafiq olaraq Nazirlər Kabinetinin qərarları ilə tənzimlənən bir məsələdir. Düzdür, müəyyən vaxtlarda o kateqoriya siyahısına baxılıb və əlavələr olunub".

Bakupost.az

Ekspert qeyd etdi ki, Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə satışa çıxarılan ucuz evlərdən hamı yararlanmaq istəyir. Amma aydın məsələdir ki, burada müəyyən limit var. Bu evlərin sayı o qədər də çox deyil və satış şərtləri müxtəlifdir. Məsələn, tam ödənişli və yarı ödənişli satışlar da var.

Sevinc İBRAHİMZADƏ

 

Seçilən
41
2
redaktor.az

3Mənbələr