AZ

Ruben Amorim rəhbərlikdən "Barselona"nın futbolçusunun transferini istədi

"Barselona"nın müdafiəçisi Andreas Kristensen İngiltərə Premyer Liqasına qayıda bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" danimarkalı futbolçunu transfer etmək istəyir. Bu barədə "El Nacional" televiziyası məlumat yayıb.

"Qırmızı şeytanlar"ın yeni baş məşqçisi Ruben Amorim 28 yaşlı mərkəz müdafiəçisinin yanvar ayında heyətə cəlb olunmasını rəhbərlikdən tələb edib. "Mançester Yunayted" qışda təcrübəli oyunçu üçün onun klubuna 15 milyon avroluq təklif göndərəcək.

Qeyd edək ki, Andreas Kristensen 2022-ci ilin yayında "Çelsi" ilə müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə "Barselona"ya keçib. Danimarka millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində 1 rəsmi matçda meydana çıxıb.

saytlarin hazirlanmasi

Seçilən
18
sportal.az

1Mənbələr