İspaniya Kral Futbol Federasiyası (RFEF) ölkədə baş vermiş daşqın səbəbindən ötən həftə təxirə salınmış oyunları yenidən təxirə salıb.
Arena.az bu barədə İspaniya Kral Futbol Federasiyasının mətbuat xidmətinə istinadən məlumat verir.
Beləliklə İspaniya Kral Kuboku çərçivəsində keçirilməsi nəzərdə tutulmuş bəzi oyunların keçirilmə vaxtı dəyişdirilib. Oktyabrın 30-da keçirilməli olan “Parla Eskuela – “Valensiya” oyunu noyabrın 26-da baş tutacaq. Həmçinin noyabrın 26-da “Manises” – “Xetafe” oyunu keçiriləcək. “Exeya” – “Erkules” oyunun noyabrın 14-də təyin edilib. “Pontevedra” – “Levante” oyunu isə noyabrın 19-da keçirilməlidir.
“Xove Espanyol” – “Real Sosyedad” oyununa gəlincə, bu oyun yaxın tarixlərdə qeyri-müəyyən müddətə təxirə salınıb. Oyun təqvimində müvafiq tarix müəyyən edilincə, oyunu keçirilməsi ilə bağlı tarix açıqlanacaq.
Xatırladaq ki, Valensiya əyalətini güclü qasırğa vurub. Zərərçəkmiş bölgələrdə yolları su basıb, evlərə və avtomobillərə ziyan dəyib. Bir neçə yüz insan yolların su basması səbəbindən qapalı adacıqlarda köməksiz qalıb. Daşqın nəticəsində Valensiyada bir neçə min insan işıqsızdır. İqtisadiyyata zərər dəyib, həmçinin onlarla insan həyatını itirib, itkin düşənlər var.
Təbii fəlakətin faciəvi nəticələri ilə bağlı matəm elan edilib. Hökumət zərəçəkmişlərə yardım məqsədilə qüvvələrini səfərbər edib.