AZ

Millimizin rəqibində üç dəyişiklik

Millətlər Liqasında Azərbaycan yığması ilə qarşılaşacaq Estoniya komandasında üç dəyişiklik olub.

İdman.biz xəbər verir ki, ötən ay Tallində keçirilən matça da 26 futbolçu çağıran baş məşqçi Yurgen Henn həmin heyətdən üç oyunçuya ehtiyac duymayıb.

Mütəxəssis müdafiəçi Artur Pikk, yarımmüdafiəçi Mattias Kayt və hücumçu Erik Sorqanı “26-lığ”a daxil etməyib. Onların əvəzinə bir müdafiəçi və iki yarımmüdafiəçi yığmaya çağırılıb. Bunlar arxa xətt oyunçusu Yosef Saliste və orta sahədə çıxış edən Markus Soomets ilə Danil Kuraksindir.

Qeyd edək ki, Azərbaycan millisi Estoniyanı noyabrın 16-da Qəbələdə qəbul edəcək. Oktyabrın 11-də Tallindəki görüşdə isə Baltikyanı ölkə təmsilçisi 3:1 hesablı qələbəyə sevinib.

İdman.biz

Seçilən
17
1
idman.biz

2Mənbələr