Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Anna Yevstigneyeva Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) iclasında Cənubi Koreyaya xəbərdarlıq edib.
Yevstigneyeva Cənubi Koreyanı Kiyevə silah göndərmək kimi son dərəcə təhlükəli yola getməməyə və "ağıllarını başlarına" yığmağa çağırıb.
"Görünür, Cənubi Koreya, müharibədəki itkilərinə görə ona böyük ehtiyacı olan Kiyevə Qərb silahlarının tədarükünü artırmaq üçün Vaşinqtonun təhlükəli avantüralarına qoşulmağa başlayıb. Cənubi koreyalı həmkarlarımızı ağıllarını başlarına yığmağa və Seul üçün yaxşı olmayacaq son dərəcə təhlükəli yola getməmək barədə xəbərdarlıq edirik” - deyə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini bildirib.
TAHİR