AZ

Belarus Müdafiə Nazirliyi müxalifətin hakimiyyəti dəyişməyə hazırlaşdığını bildirib

Ölkədən kənarda yerləşən və Qərbin nəzarətində olan Belarus müxalifəti respublikada qanuni hakimiyyəti devirməyə hazırlaşır və zorakılıq ssenarisi də istisna deyil.

Oxu24.com  xəbər verir  ki, Bunu Belarus Hərbi Qəzetinə müsahibəsində baş idarənin rəisi - Belarus Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini Vladimir Kuprianyuk deyib.

“Qərbin nəzarəti altında olan qaçaq müxalifət barışa bilməyib və hazırkı hakimiyyətin devrilməsinə hazırlaşmağa davam edir”,- deyə o qeyd edib.

Baş Qərargah rəisinin müavini əlavə edib ki, Belarus sərhədlərinə yaxın olan ölkələrdə qondarma “Belarus könüllü ordusu” hazırlanır. Ölkənin radikal düşüncəli vətəndaşları da işə götürülür, Kuprianyuk qeyd edib.

Eyni zamanda, onun fikrincə, Qərb Belarus və Rusiyada dövlət çevrilişi həyata keçirmək, eləcə də döyüş meydanında Ukraynanın qələbəsini təmin etmək iqtidarında olmadığını artıq anlayıb.

Bundan əvvəl Belarus Müdafiə Nazirliyi NATO-nun Belarus və Rusiya Federasiyası ilə silahlı qarşıdurmaya hazır olduğunu bəyan edib.

 

Nigar

 

Seçilən
11
oxu24.com

1Mənbələr