AZ

300-dən çox şəhid ailəsi üzvü və müharibə veteranı üçün təsərrüfatlar qurulub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramı iştirakçılarına aktivlərin paylanması prosesini davam etdirir.

Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

Bildirilib ki, proqram çərçivəsində, həmçinin Nazirlik tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” üzrə oktyabr ayında daha 305 şəhid ailəsi üzvü və müharibə veteranı mal və materiallar formasında aktivlərlə təmin olunub.

Biznes planlarına uyğun olaraq həmin vətəndaşlara “Avtoelektrik xidməti”, “Kombi ustası və təmiri xidməti”, “Kiçik foto atelye”, “Maldarlıq təsərrüfatı”, “Keçiçilik təsərrüfatı” və s. istiqamətlər üzrə aktivlər verilərək onlar üçün təsərrüfatlar qurulub.

300-dən 300-dən 300-dən 300-dən
Seçilən
46
6
apa.az

7Mənbələr