AZ

Ermənilər seçkidə kimə səs verəcəklər: Paşinyan, ya Köçəryana?

“Gallup” beynəlxalq sorğu şirkəti Ermənistan vətəndaşları arasında keçirdiyi sorğuların nəticələrini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, sorğular 24-30 oktyabr tarixlərində keçirilib.

Respondentlər şirkətin “Parlament seçkiləri olsa, hansı partiyaya səs verərdiniz” sualına da cavab veriblər.

Ermənilərin 16.5 faizi Baş nazir Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” Partiyası, 6.4 faizi sabiq prezident Robert Köçəryanın “Ermənistan” blokunun adını çəkib.

Keçmiş prezident Serj Sərkisyanın “Şərəfim Var” blokunu 2.1 faiz dəstəkləyib.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
48
teleqraf.com

1Mənbələr