AZ

Perulu futbolçu oyun zamanı ildırım vurması nəticəsində vəfat etdi

Perulu futbolçu Xose Hüqo de la Krus Mesa həvəskarlar arasındakı oyun zamanı ildırım vurması nəticəsində dünyasını dəyişib.

Arena.az bu barədə “Associated Press” agentliyinə istinadən məlumat verir.

Perunun Uankayo şəhərində “Xuventud Bellavista” və “Familya Çokka” klubları arasında keçirilmiş yerli çempionat oyununda futbolçular fırtına səbəbindən meydanı tərk edərkən, 39 yaşlı müdafiəçinin yanına ildırım düşüb. Nəticədə perulu futbolçu vəfat edib. Daha 5 nəfər isə yaralanıb, onlardan biri, 40 yaşlı qapıçı Xuan Çokka Llakta ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Bu, bölgədə futbol meydanını ildırım ikinci dəfə vurub. Daha əvvəl, 2014-cü ildə “Fuersa Minera” ilə oyunda “Sport Aqila”nın oyunçusu Joao Kontrerası ildırım vurmuşdu, amma o vaxt futbolçu sağ qalmışdı.

Seçilən
30
arena.az

1Mənbələr