AZ

COP29-a kimlər gələcək və kimlər çıxış edəcəklər?

80-dən çox ölkənin liderləri COP29-da Ümumdünya İqlim Fəaliyyəti Sammitində çıxış edəcəklər

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına üzv olan dövlətlərin 50 prezidenti, 10 vitse-prezidenti, 20 hökumət başçısı və iki vəliəhd şahzadəsi noyabrın 12-13-də COP29 İqlim Fəaliyyəti üzrə Qlobal Liderlik Sammitinin yüksək səviyyəli seqmentində rəsmi bəyanatlarla çıxış edəcəklər. 

Dövlət və ya hökumət başçıları bu tarixlərdə milli bəyanatlarla çıxış etməyən tərəflər bunu 19-20 noyabrda baş tutacaq yüksək səviyyəli seqmentdə davam etdirə biləcəklər.

Sammitin ilk günündə Qazaxıstan prezidentləri Kasım-Jomart Tokayev, Serbiya Aleksandr Vuçiç, Türkiyə Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Şavkat Mirziyoyev, Polşa Andjey Duda, Qırğızıstan Sadır Japarov, Belarusiya Aleksandr Lukaşenko, Bolqarıstan prezidenti Rumen Radevin, Finlandiya prezidenti Alexander Stubb və Avropa Şurasının rəhbəri Şarl Mişel və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və başqalarının çıxışları gözlənilir. 

Həmçinin İspaniyanın baş naziri Pedro Sançes, Belçikanın baş naziri Alexander De Croo və Böyük Britaniyanın baş naziri Keir Starmer, Almaniya kansleri Olaf Scholz və Səudiyyə Ərəbistanının vəliəhdi və baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Əl Səud bəyanatlarla çıxış edəcəklər.

Noyabrın 13-də dövlət və hökumət başçılarının çıxışları davam etdiriləcək. Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri, Monqolustan Prezidenti, Braziliya, Tanzaniya və Anqolanın vitse-prezidentləri, Yunanıstan, Xorvatiya, Malta, İtaliya, Gürcüstan, Macarıstan, Albaniya, Pakistan, Rusiya, Hollandiya baş nazirləri, Danimarka və başqaları çıxış edəcəklər.

Seçilən
49
21
anspress.com

10Mənbələr