AZ

“Putin Moldovada məğlub oldu, amma əl çəkən deyil”

“Rusiya Moldovada hakimiyyəti dəyişmək üçün çox səy sərf edib, lakin uduzduqdan sonra belə dayanmayacaq”.

Musavat.com xəbər verir ki, Qərb mediasının Moldovada keçirilən seçkinin nəticələri haqqında ümumi rəyi belə olub.

“The Guardian”: Almaniya Rusiyanı xaricdəki moldovalıların səsverməsinə mane olmaqda ittiham edir. Almaniyanın şəhərlərindəki seçki məntəqələrinin bombalanması ilə bağlı təhdidlər Putinin “heç nədən əl çəkməyəcəyini” göstərir.

“CBC News”: Baydenə görə, Moldovada seçkilərin nəticələri “Rusiyanın demokratiyanı sarsıtmaq cəhdində uğursuz olduğunu” göstərir.

CNN: Putinin seçkiyə müdaxilə etmək cəhdi uğursuz oldu. Bu, çətin ki, onun yenidən cəhd etməsinə mane olsun. Çoxları gələn ilin yayında Moldovada keçirilən parlament seçkilərinin Moskvanın növbəti hədəfinə çevrilə biləcəyindən ehtiyat edir.

Politoloq İvan Preobrajenski: “Möcüzəvi şəkildə bəxtimiz gətirdi, Sandu Rusiyanın dəstəklədiyi Stoyanoqloya demək olar ki, 2% səslə uduzdu (Moldova ərazisində). Amma xoşbəxtlikdən xarici seçki məntəqələrindən Sandunun gözlədiyi səslər gəldi. Rus hakerlər həmin ərazilərin bəzi yerlərində sistemi çökdürdülər və hətta bombalarla bağlı zənglər də edildi. Lakin bu, Stoyanoqloya qalib gəlməyə kömək etmədi”.

Musavat.com

Seçilən
32
musavat.com

1Mənbələr