“Michelin” Fransada iki zavodunu bağlayır
Məşhur fransız təkər istehsalçısı “Michelin” Fransadakı iki zavodunu bağlayacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “La Tribune” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Şole (Bretan) və Vann (Pei de la Luar) qərb kommunalarında ümumilikdə 1254 nəfərin işlədiyi zavodlar 2026-cı ilin əvvəlindən gec olmayaraq bağlanacaq.
Rəhbərlik səbəb kimi bazarda Asiyadan olan ucuz təkərlərin olması, inflyasiyanın artması və Fransada elektrik enerjisinin yüksək qiyməti fonunda rəqabət qabiliyyətinin azalmasını göstərir.
“Elektrik enerjisi işçilərin maaşlarından sonra ikinci ən böyük xərc maddəsidir”, - deyə “Michelin”in mühəndislik üzrə vitse-prezidenti Pyer Lui Düburdo bildirib.