Böyük Britaniyanın xidmət sektorunda artım oktyabr ayında zəifləyib.

İndex.az xəbər verir ki, ölkədə xidmət sektoru üzrə iqtisadi göstərici oktyabr ayında 52 səviyyəsinə enib.

Sentyabr ayında Böyük Britaniyada xidmət sektorunun göstərici 52,4 olaraq hesablanıb.

Qeyd edək ki, 2023-cü ilin noyabrından bəri ən yavaş sektor fəaliyyəti oktyabr ayında qeydə alınıb.