Kilian Mbappe bu mövsüm hücum xəttində problemlər yaşayan “Real Madrid”ə kömək edə bilməyib.
İndex.az xəbər verir ki, hazırda “Əl İttihad”da çıxış edən “Real Madrid”in keçmiş ulduzu Kərim Benzema, performansı gözləntilərdən aşağı olan Mbappe ilə bağlı diqqətəlayiq tənqidi fikirlər səsləndirib.
İspaniyanın məşhur idman proqramı “El Chiringuito”nun qonağı olan Benzema “Real Madrid”də yaşanan problemləri də dəyərləndirib. Mbappenin 9 nömrə olmadığını deyən Benzema bu ifadələrdən istifadə edib:
“”Real Madrid”ə gedəndə mənim 21, Mbappenin isə 25 yaşı var idi. O, bu klubdakı təzyiqi bilir. 2-3 oyunda qol vurub “səni öldürəcəyik” deyə bilməzsiniz. Onun bu təzyiqlə başa çıxmaq bacarığı var. Həqiqət budur ki, “Real Madrid” “Paris Saint-Germain” deyil.
Mbappe 9 nömrədə oynaya bilən oyunçu deyil, sol cinahda oynaya bilər. Amma orada onunla eyni səviyyədə olan başqa bir oyunçu var. Vinini nə sağda, nə də mərkəz hücumçusu kimi qoya bilməzsiniz. Mbappe Fransada 9 nömrədə oynayanda yaxşı deyildi. Bu, onun mövqeyi deyil. O, solda oynamağı unudub 9 nömrə oynayaraq özünü göstərməlidir”.
“Real Madrid”də çox təzyiq var, o, təslim olmamalıdır. Mbappe 9 nömrə olması lazım olduğunu beyninə daxil etməlidir. Mən və Kilianın vəziyyətləri fərqlidir. Mənim 21 yaşım var idi. Onun 25 yaşı var. O, təzyiqi bilə-bilə gəldi, əgər qol vura bilmirsənsə, təzyiq də artar”.