Türkiyə Qırğızıstanın xarici borcunun 58,9 milyon dollarını, "yaşıl iqtisadiyyat" layihələri müqabilində silib.
"Operativ Media" xəbər verir ki, bu barədə Qırğızıstan prezidenti Sadır Japarov, Bişkekdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ilə keçirdiyi danışıqların yekunlarına əsasən məlumat verib.
Qırğızıstanın Maliyyə Nazirliyinin məlumatına görə, 2024-cü ilin avqust ayının sonuna olan vəziyyətə əsasən, ölkənin Türkiyəyə qarşı dövlət borcu 62,2 milyon dollar olub. Ölkə artıq 4 milyon dollar ödəyib. Nəticədə silinmiş borcun məbləği 58,9 milyon dollar təşkil edib.