AZ

Belarus MN: NATO Belarus və Rusiya ilə açıq silahlı qarşıdurmaya hazırlaşır

NATO faktiki olaraq Belarus və Rusiya Federasiyası ilə açıq silahlı qarşıdurmaya hazırlaşır.

İnterpress.az xəbər verir ki, bu barədə Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-mayor Vladimir Kuprianyuk “Vətənin şöhrəti naminə” qəzetinə müsahibəsində bildirib.

Kuprianyuk bildirib ki, NATO faktiki olaraq Belarus və Rusiya ilə açıq silahlı qarşıdurmaya hazırlaşır.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Belarus sərhədi yaxınlığındakı qrupunun sayı artıq 15 min nəfərə yaxındır.

O əlavə edib ki, yaxın vaxtlarda respublika ətrafında hərbi-siyasi vəziyyət gərgin olaraq qalacaq.

Kuprianyuk qeyd edib ki, Qərbin əsas səyləri müdafiə xərclərinin daha da artırılmasına, qoşunların zərbə potensialının gücləndirilməsinə, eləcə də İttifaq dövlətinin sərhədləri yaxınlığında hərbi mövcudluğun genişləndirilməsinə yönəlib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
23
interpress.az

1Mənbələr