AZ

Xəstəxana tikintisi ilə bağlı 8 milyonluq tender ləğv edildi

Qubadlı rayonunda mərkəzi xəstəxananın tikintisi ilə bağlı keçirilən tender ləğv edilib. 

Valyuta.az xəbər verir ki, tenderin ləğv olunması iddiaçıların sayının üçdən az olması ilə əlaqədardır.

"Dövlət satınalmaları haqqında" Qanunun 36.1.1-ci maddəsinə satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduqda tender ləğv edilir. 

Məlumat üçün deyək ki, xəstəxananın tikintisi ilə bağlı ehtimal olunan qiymət 8 milyon manat müəyyənləşdirilmişdi.

Hüseyn

Seçilən
21
valyuta.az

1Mənbələr