AZ

Qarabağ və Şərqi Zəngəzurdan olan bələdçilərə təlimlər keçirilib - FOTO

Dövlət Turizm Agentliyinin dəstəyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə yeni turizm bələdçilərinin hazırlanması məqsədilə keçirilən təlimlər başa çatıb.

Agentlikdən Herbiand.az-a bildirilib ki, təlimlər nəzəri və praktiki hissələrdən ibarət olub və Ümumdünya Bələdçilər Federasiyasının təyin etdiyi standartlar əsasında Azərbaycan Turizm Bələdçilər Assosiyasiyası tərəfindən keçirilib.

Təlimlər Qarabağın tarixi və abidələri, bələdçilik peşəsi haqqında məlumatlar, beynəlxalq bələdçilik texnika qaydaları, tur marşrutu tərtib və təqdim etmək, turizm məkanları və obyektlərini düzgün təsvir etmək, həyəcanı idarə etmək, səsi idarə etmək, sualları doğru cavablandırmaq, turistlərlə və xüsusilə həssas turistlərlə davranış qaydaları kimi mövzuları əhatə edib.

Təlimlərin nəzəri hissəsi Naftalan şəhərində, praktiki hissəsi isə Qarabağın turizm potensiallı ərazilərində, həmçinin Gəncə və Bərdə şəhərlərində olub.



Seçilən
35
15
herbiand.az

10Mənbələr