Ukrayna ordusu Donetsk vilayətində yeni mühasirə təhlükəsilə üz-üzədir. Cəbhənin bu hissəsində ruslar iki tərəfdən irəliləməyə çalışırlar.
“AzPolitika” xəbər verir ki, bu barədə “BILD” nəşrinin hərbi analitiki Culian Röpke məlumat paylaşıb.
Onun sözlərinə görə, Rusiya qoşunları şimal-şərqdən Donetsk vilayətindəki Kuraxovo su anbarının sahillərinə çıxıb. Eyni zamanda, işğal edilmiş Uqledar istiqamətindən, yəni, cənub-qərbdən irəliləyirlər.
Röpkenin qeyd etdiyi kimi, buna görə Ukrayna Silahlı Qüvvələri geri çəkilməsə, Kuraxovo şəhəri ətrafında mühasirəyə düşə bilər: "Rusiya işğalçı ordusu Donetsk vilayətinin Maksimovka kəndini ələ keçirib. Ukraynanın bu ərazidə ehtiyatı və ikinci müdafiə xətti olmadığından, Rusiyanın irəliləməsi gündə təxminən 2 km-dir və başqa bir mühasirə təhlükəsi yaradır. Ukrayna ordusu çox güman ki, Andreyevka kəndinin cənub-şərqində təxminən 20 yaşayış məntəqəsindən geniş miqyasda geri çəkilməklə bu təhlükədən xilas olacaq”.
“AzPolitika.info”