İtaliyanın Sanremo şəhərində baş verən hadisə çaşqınlıq yaradıb.
News24.az xəbər verir ki, 88 yaşlı Caterina Giovinazzo kommunal ödənişləri özü ödəməmək üçün banka avtomatik ödəniş tapşırığı verib.
Yaşlı qadının istehlakının çox məhdud olmasına baxmayaraq, ondan su üçün 17 min 855 avro hesablanıb. Bank hesabında 8 min 300 avro olduğu üçün şirkət su fakturasının 8 min 300 avrosunu çıxarıb və qalan 9 min 555 avro üçün bildiriş göndərib.
Bank hesabına girərkən bütün əmanətlərinin yoxa çıxdığını görən Giovinazzonun yaşadığı kədərdən sonra halı pisləşib. Xəstəxanaya yerləşdirilən yaşlı qadının infarkt keçirdiyi öyrənilərkən, 40 gün reanimasiyada qalan qadın bütün müdaxilələrə baxmayaraq həyatını itirib.
Söz mövzusu fəlakətdən sonra səlahiyyətlilər tərəfindən aparılan araşdırmada yaşlı qadının iki aylıq su istehlakının 62 avroya yaxın olduğu ortaya çıxıb. Su şirkəti hadisədə günahkar olduqlarını və səhv hesab çıxardıqlarını bildirərək, peşman olduqlarını deyiblər.
Qeyd edək ki, 88 yaşında dünyasını dəyişən Katerina Giovinazzonun ailəsi fəlakətə səbəb olan səhvə görə su şirkətinə böyük təzminat iddiası qaldırmağa hazırlaşır.
Məryəm İlhamqızı