AZ

Bloomberg: HƏMAS İranda silah və pilotsuz təyyarələr istehsal etmək üçün təlim keçib

HƏMAS İranda silah və pilotsuz təyyarələr istehsal etmək üçün təlim keçib.

İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Kəşfiyyat məlumatlarına görə, HƏMAS İranda təlim keçib, orada dron və raket başlıqları üçün elektron komponentlərin yaradılması texnologiyalarını mənimsəyib.

Bloomberg-in əldə etdiyi sənədlərdə deyilir ki, yaraqlılar təkcə pilotsuz təyyarələrin istehsalını deyil, həm də raketlərə partlayıcı yerləşdirmə və əldəqayırma minaların hazırlanması üsullarını öyrənirlər. 2016-cı ildə başlayan təlim 3-5 ay müddətində həyata keçirilib.

“Təlim İran və HƏMAS arasında sıx əməkdaşlıq çərçivəsində həyata keçirilib və bu, təkcə texnologiya transferini deyil, həm də maliyyə və silah qaçaqmalçılığını əhatə edir.

Blokada və məhdud təchizatla silah və pilotsuz uçan aparatların hazırlanması bacarıqları qalan yaraqlılar üçün açar oldu”, – məqalədə qeyd edilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
25
interpress.az

1Mənbələr