AZ

Lavrov: "Rusiya Ermənistan və Azərbaycanı tələsik sülh sazişinə sövq etmir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Rusiya tərəfi Ermənistan və Azərbaycanı tələsik sülh sazişi imzalamağa sövq etmir".
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Sergey Lavrov RİA Novosti-yə müsahibəsində bildirib.
"Azərbaycanla Ermənistan arasında sülh prosesi çərçivəsində əldə edilmiş əhəmiyyətli irəliləyişi alqışlayırıq. Qərbin saxta vasitəçilərindən fərqli olaraq, tərəfdaşlarımızı tələsik sülh sazişi imzalamağa sövq etmirik", - S.Lavrov bildirib.
Onun sözlərinə görə, Rusiya Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyin bərqərar olmasında maraqlıdır.
Seçilən
77
16
oxu.az

10Mənbələr