Yeşilçamın "Bayan bacak" ləqəbi ilə tanınan məşhur aktrisası Serpil Örümcer Nükhet Duru haqqında etirafı ilə gündəmə gəlib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, "Magazinburada"ya danışan Örümcer məşhurlaşmamışdan əvvəl qonşu olduqları Nükhet Duru ilə illər öncə yaşadığı xatirədən danışıb.
Serpil Örümcər Nükhet Durunun həmin vaxt bir oğlana aşiq olduğunu və kibrit yeyərək intihara cəhd etdiyini bildirib. Örümcer sözlərini belə davam etdirib: "Kibrit yeyərək intihara cəhd etdi. Gecə yarısı ona qatıq alıb yedizdirdik. Anası ilə küsülü idi, gedib onları barışdırdıq. Məşhur olandan sonra isə soyuq davranmağa başladı. Uzun müddətdir görüşmürük"