Bakı. Trend:
Ermənistanın konstitusiyasına dəyişiklik etməməsi bu ölkəninsülhdə maraqlı olmadığının bariz göstəricisidir.
Bunu Trend-ə açıqlamasındapolitoloq Azər Qarayev deyib.
"Ermənistan konstitusiyasının preambulasında bu ölkəninmüstəqillik bəyannaməsinə istinad edilir ki, bu bəyannaməninmətnində isə öz növbəsində Azərbaycan Respublikasına qarşı əraziiddiaları yer alır. Bu kontekstdə rəsmi Bakı sülh müqaviləsininirəlilədilməsi üçün Ermənistan Konstitusiyasında dəyişikliklərinedilməsini tələb edir. Ermənistanın konstitusiyasındakıdəyişikliklər regional sülh prosesinə daha güclü təkan verə bilər,bu da Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunması üçünəhəmiyyətli bir addım ola bilər. Lakin Ermənistan hər fürsətdəkonstitusiyanı dəyişməkdən yayınır.
Ermənistan hökuməti Qərbin yalan vədlərinə aldanaraq bunaehtiyac olmadığını bildirir. Bu isə öz növbəsində Ermənistanınsülhdə maraqlı olmadığının bariz göstəricisidir. Ermənistanınkonstitusiyanı dəyişməkdən imtinası, regionda sülh və əməkdaşlıqsəylərinə maneə yaradır. Amma Ermənistan anlamalıdır ki,konstitusiyada bəzi dəyişikliklərin edilməsi iki ölkə arasındamünasibətlərin normallaşdırılması üçün zəruri addımdır", - deyəA.Qarayev bildirib.
Politoloqun sözlərinə görə, Ermənistanın bu məsələdə ən böyükdəstəkçisi, təbii ki, Fransadır.
"Fransanın Ermənistanı dəstəkləməsi müxtəlif geosiyasi amillərləbağlıdır. Bunlardan biri də, əlbəttə ki, Parisin regionda güddüyümaraqlardır. Cənubi Qafqazda yeni reallıqların yaranması iləbarışmayan Fransa hər vasitə ilə özünü regionda söz sahibinəçevirmək istəyir. Yaxın zamanda Fransa səfirinin Azərbaycanlasərhədə səfər etməsi və bu səfər çərçivəsində bizim ərazilərimizimüşahidə etməsi təxribat xarakteri daşıyan “binokldiplomatiyasının” davamıdır.
Fransanın Ermənistandakı səfirinin bu cür addımlarıAzərbaycan-Fransa münasibətlərini daha da mürəkkəbləşdirir. Buaddım, bir tərəfdən Fransa hökumətinin Ermənistanı açıq şəkildədəstəkləmək niyyətini göstərir, digər tərəfdən isə Aİ missiyasınınneytrallığına dair növbəti dəfə suallar yaradır", - deyə politoloqqeyd edib.