AZ

İran bu şərtlə Rusiya yığması ilə oynamağa razılaşdı

İran Rusiya millisi ilə yoldaşlıq oyunu keçirməyə razılaşıb. 

Fanat.Az xəbər verir ki, İran Futbol Federasiyasının inzibatçısı Mehdi Harati bu barədə "Sport24"-ə danışıb. 

Qurum rəsmisi mümkün görüşün detallarını da açıqlayıb: “2025-ci ildə oynaya bilərik. Sentyabrda Millətlər Kuboku matçlarımız var, ona görə də hazırda oyunun 2025-ci ilin oktyabrında keçirilməsi ilə bağlı danışıqlar aparırıq. Bu görüş Rusiyada baş tuta bilər və biz gəlməyə hazırıq”. 

Xatırladaq ki, İran və Rusiya yığmaları sonuncu dəfə 2023-cü ilin yazında Tehranda yoldaşlıq oyunu keçiriblər. Hərəyə bir qol vuran komandalar güclünü müəyyən edə bilməyiblər – 1:1. 

Əlavə edək ki, bu ilin noyabrında Rusiya komandasının rəqibləri Bruney və Suriya komandaları olacaq.

Mirağa 

Seçilən
17
fanat.az

1Mənbələr