AZ

Deputata məxsus olduğu deyilən şirkətə 17 minlik sifariş

İqtisadi Zonaların İnkişafı Agentliyi "Ultra Technologies" şirkəti ilə satınalma müqaviləsi bağlayacaq. 

Valyuta.az xəbər verir ki, şirkət Agentliyin informasiya texnologiyaları üzrə avadanlıqların satın alınması ilə bağlı keçirdiyi kotirovka sorğusunun qalibi seçilib. 

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 17 528,9 manatdır.

"Ultra Technologies" MMC 11 aprel 2000-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manatdır. Şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45V, mənzil 48-də yerləşir. MMC-nin qanuni təmsilçisi Zülfüqarlı Məhəmməd Zülfüqar oğludur. 

Şirkət  2016-cı ilədək "Ultra Computers" MMC adı ilə fəaliyyət göstərib. 

Deputat Tahir Mirkişili 2000-2011-ci illərdə sözügedən şirkətdə müxtəlif vəzifələrdə çalışıb. Bu baxımdan, "Ultra Technologies" MMC-nin Tahir Mirkişiliyə məxsus olduğu iddia edilir. Deputat bu iddiaları təkzib etməyib. 

Hüseyn

Seçilən
38
valyuta.az

1Mənbələr