AZ

Bakıda təhlükəli vəziyyətə qalan ev kollektorun üzərində necə tikilib? VİDEO

Bakının Biləcəri qəsəbəsində daha bir ev uçma təhlükəsi ilə qarşı-qarşıya qalıb. Tullantı suların daşındığı kollektorun qəzalı vəziyyətə düşməsi bu vəziyyəti yaradıb.

Maraqlıdır, kollektorun üzərində yaşayış evi necə tikilib?

Xezerxeber.az-ın məlumatına görə, fərdi yaşayış evi iri kanalizasiya kollektorunun üzərində tikilib.

İndi isə qəzalı vəziyyətə düşən kollektor tikilini uçma təhlükəsi ilə üz üzə qoyub. Ötən ayın 29-dan bəri burda vəziyyət dəyişmir.

Ev sahibi Dəyanət Həşimov deyir ki, evi 2006-cı ildə yarımtikili olaraq alıb. Burada kollektorun olduğunu bilməyib. Hadisə baş verən kimi əraziyə aidiyyəti qurumlar cəlb olunub.  

Qəzalı vəziyyətdə olan hissəni təmir etmək üçün əvvəlcə tutulan boruları təmizləmək lazım gəlir ki, bu, o qədər də asan iş deyil. Çünki çirkab sularının içərisində hər şey var, heyvan içalatı belə.

Bildirilir ki, ərazidə görülən işlər yekunlaşdıqdan sonra problem tamamən ortadan qalxacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
26
xezerxeber.az

1Mənbələr