Artıq klubun himayədarı və direktoru Şahin Məmmədov da əlini komandanın üzərindən çəkib. Bu üzdən bölgə təmsilçisinə nəzarəti onun təsisçisi Cavid Hüseynov ələ alıb. Hətta bir müddətdi qərarları onun verdiyi deyilir.
Bəs əsas himayədarın gedişi kluba necə təsir edib?
“Cəbrayıl”ın baş məşqçisi Elhad Nəziri “Football-plus.az”a durumu belə şərh etdi:
“Bəli, Şahin bəy maliyyə baxımından əlini klubdan çəkib. Nə zaman dönəyəcəyi bəlli deyil. Cavid Hüseynov klubun təsisçisidi. Şahin bəy getdiyi üçün özü bu işlə məşğulı olur. Əlavə maddi dəstək olmur. Çünki onun elə də maddi qazancı yoxdu ki, bura pul ayırsın. Hə, 100-200 manat dəstək olur. Onu biz özümüz də edirik. Amma bu kifayət etmir. İki gün sonra “Karvan”la oyunumuz var. Yevlaxa necə gedəcəyik, necə çörək yeyəcəyik, harda qalacağıq - bilinmir. Bir gün əvvəldən yox, oyun günü getməyə məcburuq. üşdüyümüz vəziyyət acınacaqlıdı. Buna səbəb də bizə verilən sözlərə əməl olunmamasıdı. Müəyyyən qurumlardan 100-150 min ayrılacaqdı, o olmadığına görə pis durumdayıq. Yol xərcləri, yəni yetərli büdcəmiz yoxdu. Sizə belə bir məlumat verim ki, komandanın aylıq xərcləri 23500 manat təşkil edir. Bura məşqçilər, həkimlər və futbolçular, yəni hamı daxildi. Vergi pulu çıxılmasaydı, bəlkə də belə duruma düşməzdik. Sponsorlarla da danışıq aparacaq adam yoxdu. Şahin bəy də yaydan indiyə qədər 70 minə yaxın pul xərcləyib. Əlavə dəstək olmadı, əlini çəkdi. Oyunlara çıxmamaq kimi bir şey olmayacaq. Çünki futbolçular və komandamız elə xarakterdə, düşüncədə deyilik. Amma pul olmayacaqsa, necə çıxacağımızı da bilmirik. Gördüyünüz kimi, durum acınacaqlıdı. Futbolun İnkişaf Fonduna da məlumat vermişik. Gözləyirik, görək başımıza nə gəlir”.
RÖYANƏ OĞUZ