AZ

Elmir Əkbərova vəzifə verildi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya Xidmətinə məxsus "Şəki Sukanal" ASC-nin direktoru Vüqar Musayev vəzifəsindən azad edilib.

 

Səhmdar cəmiyyətinə rəhbərlik Elmir Əkbərova həvalə olunub.

 

O, indiyə qədər şirkətin baş mühəndisi olub.

 

Xatırladaq ki, "Şəki Sukanal" 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,913 milyon manatdır.

 

Report

Tarix: 5 Noyabr 2024, 19:48   
Seçilən
29
1
pravda.az

2Mənbələr