İsrail İran və Rusiya silahlarını ələ keçirib.
İnterpress.az xəbər verir ki, bu barədə israilli hərbi ekspert David Gendelman yazıb.
İsrail ordusu Hizbullahdan çoxlu miqdarda İranın “Almaz” tank əleyhinə raketlərini və Rusiyanın “Kornet” tank əleyhinə raketlərini ələ keçirib.
Çoxlu ələ keçirilən silahların olduğu və komandanlığın yalnız ələ keçirilən raketlərlə silahlanmış bir neçə bölmənin yaradılması imkanının nəzərdən keçirildiyi qeyd edilir.
İranın “Almaz”ı İsrailin “Spike” raketləri əsasında hazırlanıb. Rusiya “Kornet”ləri Livan yaraqlılarına əsasən Suriya vasitəsilə çatır.
Xuraman Etibarlı
İnterpress.az