Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək BMT-nin iqlim sammitinə (COP29) gəlməyəcək.
Axar.az xəbər verir ki, bu barədə AK-nin mətbuat xidməti məlumat yayıb.
"Avropa Komissiyası səlahiyyətlərin ötürülməsi vəziyyətindədir, ona görə də Avropa Komissiyasının rəhbəri öz institusional öhdəlikləri ilə məşğul olacaq", - deyə bildirilib.