AZ

Dünya bazarında neftin qiyməti bahalaşıb

"Brent" markalı neftin birja dəyəri 25 oktyabr tarixindən bəri ilk dəfə 76 dolları keçib.

İqtisadiyyat.az-ın məlumatına görə, noyabrın 5-i keçirilən ticarət zamanı yanvar ayı üçün "Brent" markalı neftin fyuçers kontraktları oktyabr ayının sonundan bəri maksimum səviyyəyə qədər bahalaşıb. Bu barədə London birjası ICE-nin məlumatları göstərir.

Müəyyən bir anda "Brent" markalı neftin bir barelinin qiyməti 76 dollar səviyyəsini keçib. Sonuncu dəfə xammal qiymətləri bu səviyyəni 25 oktyabr 2024-cü il tarixində keçə bilmişdi.

Şimal dənizi markalı xammalın qiymət artımı günorta saatlarında qiymətlər 75,62 dollara çatdıqdan sonra davam edib. Beləliklə, bir neçə saat ərzində "Brent" qiymətinə bir neçə on sent əlavə edərək 76,05 dollara qədər bahalaşıb.

Seçilən
26
iqtisadiyyat.az

1Mənbələr