Türkiyəli aktyor İlyas Salman həbs oluna bilər.
Sfera.az xəbər verir ki, aktyor Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etməkdə ittiham olunur.
Prokurorluq İlyas Salmanın “Prezidenti açıq təhqir etmə” cinayətinə görə 1 il 2 aydan 4 il 8 aya qədər azadlıqdan məhrum edilməsini tələb edib.
Məhkəmədə aktyorun vəkili qeyd olunan rəyə qarşı müdafiə üçün məhkəmədən vaxt istəyib.
Şikayətçinin vəkili rəylə razı olduğunu bildirib və Salmanın cəzalandırılmasını istəyib.