Kamala Harrisə prezident seçiləcəyi halda səsvermənin nəticələrindən sonra gərginliyi azaltmaq üçün rəqibi Donald Trampı əfv etməlidir.
Teleqraf.com xəbər verir ki, bunu Britaniyanın sağçı “Reform UK” partiyasının sədri Naycel Farac bildirib.
“Əgər Harris qalib gəlsə, ümid edirəm ki, Trampı əfv edər. Beləliklə, o, səxavətli görünə bilər və bu, potensial gərginliyi azaldar,” - Farac bildirib.
Qeyd olunur ki, Tramp dörd cinayət işi üzrə ümumilikdə 91 ittihamla üz-üzədir.
Müəllif: Arzu