AZ

Kişilər niyə gec yaşda ailə həyatı qurur?

Kişilərin nikaha daxil olma üçün orta yaş həddi 28,6 -30, qadınlar üçün 23,7 (23 yaş 7 ay)dir. Kişilər niyə gec ailə həyatı qurur?

Sosioloq Əhməd Qəşəmoğlu Hit.az-a bildirib ki, cəmiyyətimiz o qədər mürəkkəbləşib ki, kişilərin gec evlənməsinə yalnız bir səbəb demək olmur:

"Buna müxtəlif səbəblər təsir edir. Maddi vəziyyət, mənəvi amillər ilk sıralardadır.  Hazırda dünyada qloballaşma sürətlə gedir və ölkələrdə proses fərqli formada təzahür edir. İnsanlar evlənmək üçün ev və işsizlik problemini həll edənə kimi yaş ötür. Bu da evlilik yaşını artırır. Hazırda ailə qurmaq barədə təsəvvürlər 20 il əvvəlkindən fərqlidir. Qızlar çalışır ki, karyera qursun, özü rahat pul qazansın. Bu da evlənənlərin sayını azaldır. Əvvəllər hər kəs bilirdi ki, ailə qurmaq onun borcudur. İndi sosial şəbəkələr, filmlər, virtual aləm insanlarda dəyərləri dəyişib. Artıq ailəyə zəruri, vacib institut kimi baxılmır".

Sevinc

Seçilən
17
hit.az

1Mənbələr