AZ

İsrail Livanda 29 yaşayış məntəqəsini yerlə-yeksan edib

İsrail hərbçiləri oktyabrın 1-dən indiyədək Livanın cənubundakı sərhəd bölgələrinə hava zərbələri və quru əməliyyatları zamanı 29 şəhər və qəsəbəni tamamilə məhv edib.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının “Asharq al-Awsat” qəzeti yerli ekspertlərə istinadən bildirib.

Nəşrin məlumatına görə, Ras əl-Nakuradan Şebaya qədər 120 kilometrlik sərhəd xətti boyunca yerləşən şəhər və kəndlərə soxulan İsrail xüsusi təyinatlıları bir ay ərzində evləri minalayıb və partladıblar.

Mütəxəssislərin fikrincə, ölkənin cənubunda intensiv bombardmanlar və partlayışlar nəticəsində 25 min yaşayış evi dağıdılıb.

Hərbi analitik general Həsən Cuni "Asharq al Awsat"a bildirib ki, İsrailin bu cür hərəkətləri onun “Livan ərazisinin 3-5 km dərinliyində cansız bufer zonası” yaratmaq istəyini təsdiqləyir.

Zaur, BakuPost
Seçilən
28
bakupost.az

1Mənbələr