AZ

"İdeal Kredit BOKT" işçi axtarır - VAKANSİYA

İdeal Kredit BOKT

Daxili Nəzarət və Risklərin İdarə Edilməsi Şöbəsinin Mütəxəssisi

Son tarix 05 dek 2024 - [email protected]

İş haqqında məlumat:

  • Şirkətin daxili proseslərin qanunvericiliyə uyğun olub-olmamasına dair yoxlamanı həyata keçirtmək və müvafiq hesabatlar hazırlanmaq;
  • Daxili tədqiqatların aparılması - daxili qayda, proses və siyasətlərin pozuntusu aşkar olunduqda səbəbləri araşdırmaq;
  • BOKT-nin fəaliyyətinə təsir edə biləcək potensial riskləri müəyyən etmək, qiymətləndirmək və prioritetləşdirmək;
  • Risk idarəetmə strategiyaları, siyasətlər və prosedurlar hazırlamaq, həyata keçirmək və təkmilləşdirmək;
  • Risk idarəetmə proseslərinin effektivliyini izləmək və hesabat vermək, həmçinin tənzimləyici tələblərə uyğunluğu təmin etmək;
  • Daimi risk qiymətləndirmələri aparmaq, yeni ortaya çıxan riskləri müəyyən etmək və onların aradan qaldırılması üçün təkliflərin hazırlamaq;
  • Əməkdaşlara potensial risklərlə bağlı daim məlumatlandırmaq.

Namizədə tələblər:

  • Tələb olunan iş təcrübəsi: risk idarəetməsi, audit və ya müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Lisenziya / Sertifikat: Komplayens, Risklər və ya Audit sahəsində sertifikatların mövcudluğu arzuolunandır;
  • Analitik düşüncə, problem həll etmə bacarığı, qərar qəbuletmə qabiliyyəti;
  • Etik və peşəkar davranış prinsiplərinə uyğunluq;
  • Yaxşı ünsiyyət və yazılı hesabat hazırlama bacarıqları;
  • Məsuliyyətli və dəqiq iş yanaşması;
  • Yeni risk idarəetmə metodologiyalarının öyrənilməsi və tətbiqi bacarığı.

Əmək haqqı – razılaşma yolu ilə

Seçilən
26
fed.az

1Mənbələr